...

Azərbaycanda həftənin ilk iş gününün hava proqnozu açıqlandı

Cəmiyyət Materials 1 İyun 2014 17:12 (UTC +04:00)
Azərbaycanda həftənin ilk iş gününün hava proqnozu açıqlandı.
Azərbaycanda həftənin ilk iş gününün hava proqnozu açıqlandı

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Azərbaycanda həftənin ilk iş gününün hava proqnozu açıqlandı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar günü Trend-ə verilən məlumata görə, iyunun 2-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gecə şimşək çaxacağı ehtimalı vardır. Havanın gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 17-21°, gündüz 24-29° , Bakıda gecə 19-21°, gündüz 27-29° isti olacaqdır.

Azərbaycan rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 9-14° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti