...

Türkiyədə yağan güclü yağışlar daşqına səbəb olub

Cəmiyyət Materials 3 İyun 2014 09:30 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində dünən axşam saatlarında yağan güclü yağışlar daşqına səbəb olub.
Türkiyədə yağan güclü yağışlar daşqına səbəb olub

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin İstanbul şəhərində dünən axşam saatlarında yağan güclü yağışlar daşqına səbəb olub. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verir.

Məlumata əsasən, İstanbulun bir çox səmtlərində bəzi evlərə və iş yerlərinə xeyli sayda ziyan dəyib.

Məlumatda o da qeyd olunur ki, zirzəmilərə dolan suların çəkilməsi üçün çoxlu sayda texnika cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti