...

İstirahət günü Azərbaycanda çimərlik həvəskarları üçün əlverişli hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 7 İyun 2014 12:49 (UTC +04:00)
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.
İstirahət günü Azərbaycanda çimərlik həvəskarları üçün əlverişli hava şəraiti hökm sürəcək

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir İ.İsabalayeva/

İstirahət günü Azərbaycanda isti hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, iyunun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-22, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacaq.

Qeyd edək ki, sabah çimərlik mövsümünə rəsmən start veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti