...

Bakıda şimşək çaxacaq, yağış yağacaq

Cəmiyyət Materials 12 İyun 2014 14:24 (UTC +04:00)
Havanın temperaturunun gecə 15-20, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.
Bakıda şimşək çaxacaq, yağış yağacaq

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında iyunun 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə saatlarında şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 15-20, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun tempereturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 20-21, Türkan, Hövsan, Şıx, Sahildə 21-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 13-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti