...

Sədaqət Vəliyeva: "Son 6 ayın nailiyyətləri Azərbaycanda reallaşdırılan sosial siyasətin mükəmməlliyini sübut edir

Cəmiyyət Materials 11 İyul 2014 17:54 (UTC +04:00)
“Son 6 ay ərzində də ölkə əhalisinin real gəlirlərinin artması, yoxsulluğun aşağı salınması, məşğulluğun gücləndirilməsi, əmək resurslarından səmərəli istifadə olunması, müharibə əlilləri və şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılması, tibbi-sosial reabilitasiya sisteminin müasir tələblər səviyyəsində qurulması, əhaliyə ödənişlərin artırılması Azərbaycanda reallaşdırılan sosial siyasətin mükəmməlliyini sübut edir”.
Sədaqət Vəliyeva: "Son 6 ayın nailiyyətləri Azərbaycanda reallaşdırılan sosial siyasətin mükəmməlliyini sübut edir

Azərbaycan, Bakı, 11 iyul /Trend/

"Son 6 ay ərzində də ölkə əhalisinin real gəlirlərinin artması, yoxsulluğun aşağı salınması, məşğulluğun gücləndirilməsi, əmək resurslarından səmərəli istifadə olunması, müharibə əlilləri və şəhid ailələrinin həyat şəraitinin yaxşılaşdırılması, tibbi-sosial reabilitasiya sisteminin müasir tələblər səviyyəsində qurulması, əhaliyə ödənişlərin artırılması Azərbaycanda reallaşdırılan sosial siyasətin mükəmməlliyini sübut edir". Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva iyulun 10-da Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycanda əhalinin sosial müdafiəsi barədə fikirlərini şərh edərkən deyib.

Deputat bildirib ki, ilin ilk yarısında respublika üzrə orta hesabla 128 min ailənin 560 min nəfər üzvünə ünvanlı sosial yardım verilib ki, bunların da maliyyələşdirilməsinə 107 milyon manat xərclənib: "Eyni zamanda, 2014-cü ilin 6 ayı ərzində sosial müavinətlərin, təqaüd və kompensasiyaların ödənilməsi üçün ümumilikdə dövlət büdcəsindən təxminən 146 milyon manat vəsait xərclənib. Bu dövrdə müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsinə də xüsusi önəm verilib. Məhz, bu mənada, 19 min nəfərə yaxın müharibə əlilinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə aprelin 1-dən onlara verilən Prezident təqaüdünün məbləği I qrup əlillər üçün 150 manata, II qrup üçün 130 manata, III qrup üçün 100 manata çatdırılıb, Böyük Vətən müharibəsi iştirakçılarına təyin edilən Prezident təqaüdünün məbləği isə 100 manata qaldırılıb. Eyni zamanda, Prezident İlham Əliyevin müharibə əlillərinin avtomobillərlə tam təmin olunması barədə tapşırığının icrası nəticəsində 677 nəfər Qarabağ müharibəsi əlilinə, 323 nəfər Böyük Vətən müharibəsi əlilinə və onlara bərabər tutulan şəxslərə, ümumilikdə isə 1000 nəfərə minik avtomobili verilib".

S.Vəliyeva vurğulayıb ki, sosial siyasətin digər istiqaməti kimi təhsil, səhiyyə, işsizliyin aradan qaldırılması istiqamətində uğurlu nəticələrin əldə olunması, təkcə bu ilin altı ayında 65 min yeni iş yerinin açılması, məktəb və bağçaların təmir-tikinti işinin, ekoloji tədbirlərin davam etdirilməsi, həmçinin, aylıq əmək haqlarının və pensiyaların mütəmadi artırılması bu sahəyə olan dövlət qayğısının bariz nümunəsidir.

Millət vəkili qeyd edib ki, Azərbaycanda mövcud olan siyasi-ictimai və iqtisadi sabitlik sosial siyasətin daha səmərəli reallaşdırılması üçün əlavə imkanlar yaradır. Bu da əlbəttə ki, ilk növbədə, Azərbaycan vətəndaşının yaxşı yaşamasına və yüksək rifaha malik olmasına gətirib çıxaracaq.

Qeyd edək ki, iyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib ki, Azərbaycanda əhalinin sosial müdafiəsi istiqamətində ciddi islahatlar aparılır, şəffaflıq təmin edilir: "Bu, əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Sosial məsələlərin həlli bu altı ayda da diqqət mərkəzində olmuşdur. Orta əməkhaqqı artıb, indi 440 manat və ya 560 dollar təşkil edir. Sosial infrastruktur layihələri icra edilir".

Dövlət başçısı bildirib ki, Azərbaycanda sosial sahədə vəziyyət dünyanın aparıcı ölkələrindən geri qalmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti