...

Həftəsonu Azərbaycanda havanın temperaturu 3-5 dərəcə düşəcək

Cəmiyyət Materials 18 İyul 2014 13:52 (UTC +04:00)
Sabahdan Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunacaq. İyulun 20-dən isə havanın temperaturu 3-5 dərəcə enəcək.
Həftəsonu Azərbaycanda havanın temperaturu 3-5 dərəcə düşəcək

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Sabahdan Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunacaq. İyulun 20-dən isə havanın temperaturu 3-5 dərəcə enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, iyulun 20-21-də ölkə ərazisində nisbətən sərin hava şəraiti hökm sürəcək.

İyulun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 33-38 dərəcə isti olacaq.

İyulun 19-da Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraitinin müşahidə olunacağı, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti