...

Ali məktəblərin boş plan yerlərinə və kolleclərə qəbul olmaq üçün sənəd verənlərin sayı açıqlandı

Cəmiyyət Materials 14 Avqust 2014 10:29 (UTC +04:00)
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.
Ali məktəblərin boş plan yerlərinə və kolleclərə qəbul olmaq üçün sənəd verənlərin sayı açıqlandı

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, 9156 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.

İxtisas seçiminin nəticələrinin bu gün axşam saatlarında elan olunması nəzərdə tutulur. Nəticələrin elan olunmasına dair ilkin məlumatlarTQDK-nın facebook səhifəsində veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti