...

Bir neçə rayonda əmək yarmarkası keçiriləcək

Cəmiyyət Materials 3 Sentyabr 2014 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sentyabrın 4-də Göygöl rayonunda Əmək yarmarkası keçiriləcək. Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Aktiv məşğulluq tədbirində 13-ü özəl sektora aid 38 müəssisə üzrə 230-a yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim ediləcək.

Onların sırasında sosial cəhətdən həssas əhali qruplarından olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerləri də var. Tədbir zamanı peşə hazırlığına və ödənişli ictimai işlərə cəlb olunmaq üçün işsiz və işaxtaran vətəndaşların qeydiyyatı da aparılacaq.

Növbəti gün, sentyabrın 5-də isə Qusar, Sabirabad və Saatlı rayonlarında əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur.

Hazırda yarmarkalara hazırlıqla bağlı idarə, müəssisə və təşkilatlardan boş iş yerləri barədə məlumatlar toplanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti