...

AŞ nümayəndəsi: "Nifrət nitqinə yox!" hərəkatı münaqişə ölkələri gənclərinin yaxınlaşmasına kömək edəcək

Cəmiyyət Materials 2 Oktyabr 2014 15:42 (UTC +04:00)
"Nifrət nitqinə yox!" hərəkatı münaqişə ölkələri gənclərinin yaxınlaşmasına kömək edəcək.
AŞ nümayəndəsi: "Nifrət nitqinə yox!" hərəkatı münaqişə ölkələri gənclərinin yaxınlaşmasına kömək edəcək

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir Maksim Tsurkov/

"Nifrət nitqinə yox!" hərəkatı münaqişə ölkələri gənclərinin yaxınlaşmasına kömək edəcək. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə layihənin kuratoru, Avropa Şurası (AŞ) Gənclər Departamentinin Təhsil və təlim proqramları şöbəsinin rəhbəri Rui Qomes deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa Şurası Nazirlər Kabinetinə sədrlik edir və bu gənclər forumunu qəbul etmək təklifi ilə çıxış edib.

R.Qomes qeyd edib ki, Qəbələ belə tədbirlərin keçirilməsi üçün ideal məkandır: "Bu qədim şəhərdə şərq və qərb sivilizasiyaları birləşir, burada gözəl ab-hava var. Məqsədimiz bu regiona Avropanın fəal gənclərini toplamaq olub. Onlar internetdə və real həyatda nifrət nitqinə qarşı mübarizəni qarşılarına məqsəd kimi qoyublar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti