Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir Anar Əliyev/
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Simuzər İbrahimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə S.İbrahimova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2012-ci ilin sentyabr ayında özünü Nilufər kimi təqdim edən S.İbrahimova Bakı şəhər sakini Nurəngiz Hüseynzadənin etibarından sui-istifadə edərək, 62 min 500 manat və 32 min ABŞ dolları alaraq qaytarmayıb.
Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini S.İbrahimova tutulub.
Bakıda 100 min dollara yaxın pulu mənimsəyən qadına hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Simuzər İbrahimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
