...

Nazirdən narahatlıq: Xəzərin səviyyəsinin enməsi problemlər yaradır

Cəmiyyət Materials 20 Yanvar 2015 10:47 (UTC +04:00)
Xəzər dənizinin səviyyəsinin enməsi müəyyən problemlər yaradır.
Nazirdən narahatlıq: Xəzərin səviyyəsinin enməsi problemlər yaradır

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İlkin İzzət/

Xəzər dənizinin səviyyəsinin enməsi müəyyən problemlər yaradır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Onun sözlərinə görə, ötən əsrin 80-ci illərində Xəzər dənizinin səviyyəsi qalxmışdı və dəniz sahilində bəzi infrastrukturlar suyun altında qalmışdı: "Bakı bulvarının bir hissəsi bataqlaşmışdı".

Nazir qeyd edib ki, dənizin səviyyəsinin enməsi dənizin səviyyəsinin qalxması ilə müqayisədə daha təhlükəli, daha dramatik olmasa da, problemlər yaradır.

H.Bağırov bildirib ki, dənizin səviyyəsinin enməsi dövri xarakter daşıyır: "Bunun səbəblərindən biri də çaylarda suyun azalması ilə bağlıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti