...

Şeir söyləməkdən utanmayaq (FOTO)

Cəmiyyət Materials 9 Fevral 2015 12:50 (UTC +04:00)
Təəssüf ki, yüksək texnologiyalar əsrində biz poeziya və romantikadan tamamilə uzaqlaşmişiq.
Şeir söyləməkdən utanmayaq (FOTO)

Azərbaycan, Bakı, 9 fevral /Trend/

Təəssüf ki, yüksək texnologiyalar əsrində biz poeziya və romantikadan tamamilə uzaqlaşmişiq. Bəlkə yenidən hisslərimizi, fikirlərimizi poetik ifadə etməyi dəb halına salaq? Elə bu məqsədlə Park Bulvar AVM yeni bir ənənənin təməlini qoyub. Arzu edənlər sevdikləri şeirlərlə Park Bulvar AVM-ə gəlir, söhbət edir,müzakirələr aparır və ən əsası bir-birlərinə şeir söyləyirlər "Əli və Nino" Kitab Evinin endirimli yarmarkası ilə müşayət olunan poeziya dəqiqələri maraqlı anlarla yadda qalır. Natella Kərimovanın aparıcılıgı ilə keçən ikinci görüşə gələnlər arasında tanınmış simailar İlhamiyya Rza, Zöhrə Abdullayeva, Sevinc Çılgın, Şəfa Mehmanqızı, Nəriman Əbdülrəhmanlı, Nadir Qocabəyli, Sevinc Elsevər, Əziz Rzabəyli, Kamran Razmovar, Rena Yuzbaşı, Səriyyə Dadaşova ilə yanaşı öz fikirlərini şeirlə ifadə etməkdən çəkinməyən başqa insanlar da vardı. Diqqətimizi çəkən məqam isə gənclərin maragı, onların məhz belə arena axtarışında olduqlarını görmək oldu. Uşaqlar isə sevinc və qürur hissi oyatdı görüşə gələn hər bir iştırakçıda. Müsabiqələr, hədiyyələr də artıq Poeziya Gününün ayrılmaz hissəsi olub. Böyük konsert proqramlarına yıgılacaq qədər insan qalabalıgı toplanana qədər poeziya görüşləri davam edəcək. Növbəti dəfə görüşənədək!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti