...

7 aylıq Kamal Cəfərovun əməliyyatı üçün lazım olan vəsait toplanıb

Cəmiyyət Materials 13 Fevral 2015 11:28 (UTC +04:00)
7 aylıq Kamal Cəfərovun üzərində sümük iliyinin transplantasiyası əməliyyatının keçirilməsi üçün lazım olan məbləğ artıq toplanılıb.
7 aylıq Kamal Cəfərovun əməliyyatı üçün lazım olan vəsait toplanıb

Azərbaycan, Bakı, 13 fevral /Trend/

7 aylıq Kamal Cəfərovun üzərində sümük iliyinin transplantasiyası əməliyyatının keçirilməsi üçün lazım olan məbləğ artıq toplanılıb.

Körpənin atası Təmkin Cəfərov Trend-ə açıqlamasında Kamalın həyatının xilas olması üçün dəstək göstərən və öz maddi yardımını əsirgəməyən hər kəsə, bütün xeyirxah insanlara təşəkkürünü bildirib.

Qeyd edək ki, 2014-cü il iyulun 13-də anadan olan Kamal Cəfərovun müalicə olunması üçün uşağa başqa sağlam şəxsdən sümük iliyinin transplantasiyası həyata keçirilməlidir. Əməliyyat İranın Tehran şəhərindəki klinikalardan birində həyata keçiriləcək.

Bunun üçün 60 min ABŞ dolları tələb olunurdu ki, Kamalın ailəsinin də bu qədər maddi imkanı yox idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti