...

Xocalı soyqırımının ildönümü ilə bağlı Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 25 Fevral 2015 11:21 (UTC +04:00)
Bakıda Xocalı prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla onların istiqamətləri dəyişdiriləcək.
Xocalı soyqırımının ildönümü ilə bağlı Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Bakıda Xocalı prospektində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla onların istiqamətləri dəyişdiriləcək. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov qeyd edib ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əhalinin nəzərinə çatdırır ki, fevralın 26-da Xocalı soyqırımı qurbanlarının anım günü ilə əlaqədar Xocalı prospektində "Ana fəryadı" abidəsinin önündə keçiriləcək hüzn mərasimində iştirak edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkil edilməsi məqsədilə Xocalı prospektində bütün avomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Tədbirin səhər saat 7:00-dan başlanılmasını nəzərə alaraq, tədbir tam başa çatana qədər Nəcəfqulu Rəfiyev, Yusif Səfərov, Fəzail Bayramov, Sergey Senyuşkin, Ayaz İsmaylov, Sabit Orucov, Natiq Əliyev, İzzət Orucov, Süleyman Vəzirov və Mehdi Mehdizadə küçələrindən Xocalı prospektinə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla onların istiqamətləri dəyişdiriləcək.

Sürücülərdən tədbirin keçirildiyi ərazidə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi xahiş olunur və nəqliyyat sıxlığının yaranmaması məqsədi ilə ictimai nəqliyyat vasitələrindən istifadə tövsiyə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti