...

Bilik Fondu Doğu Akdeniz Universiteti ilə əlaqələr qurur (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2015 11:30 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə Doğu Akdeniz Universitetinin rektoru Prof. Dr. Necdet Osam və prorektor Prof. Dr. Hasan Amca ilə görüşüb.
Bilik Fondu Doğu Akdeniz Universiteti ilə əlaqələr qurur (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə Doğu Akdeniz Universitetinin rektoru Prof. Dr. Necdet Osam və prorektor Prof. Dr. Hasan Amca ilə görüşüb.

Bilik Fondunun İnformasiya Təminatı sektorundan Trend-ə verilən məlumata görə, görüşdə əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi yolları barədə fikir mübadiləsi aparılıb.

Universitetin Beynəlxalq əlaqələr şöbəsi ilə Bilik Fondunun Beynəlxalq layihələr sektoru arasında gələcək əməkdaşlığın təməli olan niyyət protokolu imzalanıb. Doğu Akdeniz Universitetində Azərbaycan multikulturalizmi fənninin tədrisi ilə bağlı aparılan müzakirələr bu sahədə uğurlu nəticələr əldə olunacağına əminlik yaradıb. Azərbaycan multikulturalizmi fənninin tədrisi tələbələrin ölkəmizin mədəniyyəti, tarixi, coğrafiyası, ədəbiyyatı, incəsənəti barədə geniş bilgilər əldə etmələrinə imkan yaradacaq.

1979-cu ildən fəaliyyət göstərən Doğu Akdeniz Universitetində dünyanın 75 ölkəsindən tələbə təhsil alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti