...

Gimnastika azarkeşi çempionatı dəyərləndirdi

Cəmiyyət Materials 5 Mart 2015 11:13 (UTC +04:00)
"İdmançılarımızın yarışlarda yüksək nəticələrə nail olması və bayrağımızın birinci yerə yüksəlməsi bizi çox sevindirir və qürur verir".
Gimnastika azarkeşi çempionatı dəyərləndirdi

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir Elçin Mehdiyev/

"İdmançılarımızın yarışlarda yüksək nəticələrə nail olması və bayrağımızın birinci yerə yüksəlməsi bizi çox sevindirir və qürur verir". Bu barədə Trend-ə martın 4-6-da Bakıda keçirilən gimnastika növləri üzrə birgə açıq Azərbaycan çempionatına tamaşa etməyə gəlmiş gimnastika azarkeşi Mehriban Vəliyeva deyib.

O qeyd edib ki, Azərbaycanda bu cür yarışların keçirilməsi və idmançılarımızın yüksək nailiyyətləri gimnastikaya olan marağı daha da artırır: "Mən yarışlara tamaşa etməyə qızımla birgə gəlmişəm. Qızımın yaşı az olsa da, gimnastikaya böyük maraq göstərir və bu yarışlar onda bu həvəsi daha da artırır. Bizim zamanımızda gimnastika bu qədər inkişaf etməmişdi, heç buna şərait də yox idi, amma Azərbaycan Gimnastika Federasiyasının prezidenti, birinci xanımımız Mehriban Əliyeva sağ olsun ki, Azərbaycanda gimnastikanı bu səviyyəyə yüksəldib və uşaqlarımızın bu idman növü ilə məşğul olması üçün hər cür şərait yaradıb".

M.Vəliyeva əlavə edib ki, gimnastika uşaqların vaxtlarını səmərəli keçirməsi və sağlam böyüməsi üçün də vacibdir: "Gimnastika ilə məşğul olmaq uşaqlarımızı bəzi problemlərdən də qoyurur. Eyni zamanda, gimnastikanın inkişafı ölkəmizin dünyada tanınması üçün əlverişli şərait yaradır. İdmançılarımız beynəlxalq yarışlarda öz qələbələri ilə bayrağımızı yüksəklərə qaldırırlar. Bütün bunlar bizi çox sevindirir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti