...

Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 7 Aprel 2015 10:36 (UTC +04:00)
Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş və neft-qaz sənayesinin inkişafına həsr edilmiş beynəlxalq konfrans keçiriləcək
Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Azərbaycan, Bakı, 7 aprel /Trend/

Aprelin 9-10-da Bakıda Four Sesasons otelinin Konfrans zalında SOCAR-ın dəstəyi ilə növbəti - VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı keçiriləcək. 8-ci ildir keçirilən konfransın təşkilatçıları Böyük Britaniyanın "Confidence Capital" şirkəti və Bakı Ali Neft Məktəbidir.

Hər il olduğu kimi bu konfrans da müasir Azərbaycanın dinamik inkişafını təmin etmiş neft strategiyasının banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunub.

Konfransda Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasili, nəqli və satışının mövcud vəziyyəti və yaxın perspektivləri haqqında beynəlxalq ekspertlərin və Xəzəryanı ölkələrin yanacaq-enerji komplekslərinin rəhbər işçilərinin və mütəxəssislərinin məruzələri dinləniləcək.

Konfrans həm də Azərbaycanın neft strategiyasının uğurlarının təbliğ edilməsi və mütəxəssislər arasında işgüzar əlaqələrin yaradılması üçün əlverişli platforma olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti