...

Heydər Əliyev prospektinin bir hissəsində asfalt-beton işləri yekunlaşıb (FOTO+VİDEO)

Cəmiyyət Materials 10 Aprel 2015 16:32 (UTC +04:00)
Bakının Heydər Əliyev prospektində nəzərdə tutulan təmir işləri sürətlə davam etdirilir.
Heydər Əliyev prospektinin bir hissəsində asfalt-beton işləri yekunlaşıb (FOTO+VİDEO)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İlkin İzzət/

Bakının Heydər Əliyev prospektində nəzərdə tutulan təmir işləri sürətlə davam etdirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, prospektin Böyükşor yol qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan 5,3 km hissəsində işlərin tez bir zamanda başa çatdırılması üçün əraziyə "Azəryolservis" ASC-nin çoxlu sayda işçi qüvvəsi və texnikası cəlb olunub: "Təmirin aparılmasında əsas məqsəd ilk Avropa Oyunlarına hazırlıq dövründə Heydər Əliyev prospektinin görkəmini dəyişməkdir. Prospektin əsaslı yenidənqurmadan sonra 2008-ci ildə istismara verilməsini, eyni zamanda, ay ərzində həmin ərazidən 1 milyondan artıq nəqliyyat vasitəsinin hərəkət etməsini nəzərə alsaq, asfalt-beton örtüyünün üst qatının dəyişdirilməsinə böyük ehtiyac var idi".

"Azəryolservis" bildirir ki, təmir işləri çərçivəsində asfalt-beton örtüyünün üst qatının götürülərək yenisi ilə əvəzlənməsi, səki daşlarının dəyişdirilməsi, ayırıcı zolağa tamet daşının döşənməsi, zəruri olan ərazilərdə yağış-kanalizasiya sisteminin yenidən qurulması, yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi, yerüstü piyada keçidinin yenidən qurulması və s. işlər həyata keçirilir: "Artıq Bağırov körpüsünə qədər olan hissədə asfalt-beton işləri yekunlaşıb. Axşam saatlarınadək Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissədə asfalt-beton örtüyünün döşənməsi işlərinin başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub. Paralel olaraq asfalt-beton işləri qurtaran hissədə yolun hərəkət hissəsinin üfüqi nişanlanması, işıq dirəklərinin rənglənməsi və digər işlər davam etdirilir. Tezliklə görülən işlər nəticəsində prospekt tam yeni və müasir görkəmdə olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti