...

Paytaxtın Heydər Əliyev prospektinin köməkçi yolu hərəkətə bağlanır

Cəmiyyət Materials 30 Aprel 2015 11:38 (UTC +04:00)
Bakının Heydər Əliyev prospektinin köməkçi yolu hərəkətə bağlı olacaq.
Paytaxtın Heydər Əliyev prospektinin köməkçi yolu hərəkətə bağlanır

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir İlkin İzzət/

Bakının Heydər Əliyev prospektinin köməkçi yolu hərəkətə bağlı olacaq.

Trend "Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata istinadən xəbər verir ki, aprelin 30-dan mayın 1-nə keçən gecə Bakının Heydər Əliyev prospekti köməkçi yolun Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor yol qovşağına (metronun "Koroğlu" stansiyası) qədər olan hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti Əsas yoldan və Babək prospektindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti