...

Ali Hərbi Dənizçilik Məktəbində Əlağa Şıxlinskinin 150 illik yubileyi qeyd olunub (FOTO)

Cəmiyyət Materials 1 May 2015 20:51 (UTC +04:00)
Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə artilleriya general-leytenantı Əlağa Şıxlinskinin 150 illik yubileyi münasibətilə tədbir keçirilib.
Ali Hərbi Dənizçilik Məktəbində Əlağa Şıxlinskinin 150 illik yubileyi qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 1 may /Trend/

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində Azərbaycan Hərb Tarixi Muzeyinin təşkilatçılığı ilə artilleriya general-leytenantı Əlağa Şıxlinskinin 150 illik yubileyi münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə AAHDM-in rəisi, I dərəcəli kapitan Əlimərdan Quliyev əfsanəvi generalın mənalı həyatından və şərəfli döyüş yolundan məlumat verib.

Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, muzeyin əməkdaşları, general nəslinin nümayəndəsi, ehtiyatda olan polkovnik-leytenant Ülvi Şıxlinski də çıxış edərək Ə.Şıxlinskinin hərb sahəsindəki misilsiz xidmətlərindən danışıb, onun həyat və fəaliyyətinin müasir dövrümüzdə gənclərə böyük örnək olduğunu vurğulayıblar.

Tədbir iştirakçılarına Ə.Şıxlinskiyə həsr olunan videoçarx və rəssam Əmirxan Nuarın "Əlağa Şıxlinski Port-Arturda" adlı əsəri nümayiş edilib.

Sonda xatirə şəkli çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti