...

Millət vəkilləri “Heydər Zirvəsi”nə yürüş etdi (FOTO)

Cəmiyyət Materials 9 May 2015 11:03 (UTC +04:00)
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Milli Məclisin deputatları Fuad Muradov, Əli Hüseynli və Ülvi Quliyev “Heydər Zirvəsi”nə (3752 m) yürüş ediblər.
Millət vəkilləri “Heydər Zirvəsi”nə yürüş etdi (FOTO)

Azərbaycan, Bakı, 9 may /Trend, müxbir Elçin Mehdiyev/

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı ilə Milli Məclisin deputatları Fuad Muradov, Əli Hüseynli və Ülvi Quliyev "Heydər Zirvəsi"nə (3752 m) yürüş ediblər.

Trend-in məlumatına görə, F.Muradov öz "Facebook" səhifəsində yazıb. O bildirib: ""Heydər Zirvəsi"nə yürüş etdik. Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə onun adını daşıyan zirvəyə qalxmaqla Ulu öndərin xatirəsini andıq".

F.Muradov bildirib ki, məhz Ulu öndərin əsasını qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində Azərbaycan dünyada hər gün yeni zirvələri fəth edir: "İnanıram ki, bu fəthlərin daha bir zirvəsi Qarabağın işğaldan azad edilməsi olacaq" .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti