...

Şezad Davud: “Gözqamaşdırıcı parlaqlıq”

Cəmiyyət Materials 14 May 2015 10:00 (UTC +04:00)
YARAT Müasir İncəsənət Mərkəzi 16 May 2015-ci il tarixində saat 19:00-da YARAT Film Klubun ikinci sessiyasına dəvət edir. Bizim məqsədimiz, YARAT Film klubunu, müasir incəsənət videoları və filmlərinin baxış və müzakirəsi üçün qeyri-rəsmi görüş yerinə çevrilməkdir.
Şezad Davud: “Gözqamaşdırıcı parlaqlıq”

Azərbaycan, Bakı, 14 may /Trend/

YARAT Müasir İncəsənət Mərkəzi mayın 16-da saat 19:00-da seyrçiləri YARAT Film Klubun ikinci sessiyasına dəvət edir. Məqsəd YARAT Film klubunu müasir incəsənət videoları və filmlərinin baxış və müzakirəsi üçün qeyri-rəsmi görüş yerinə çevirməkdir.

Qurumdan Trend-ə verilən məlumata görə, bu dəfə klubda Şezad Davudun "Gözqamaşdırıcı parlaqlıq" (Piercing Brightness) bədii filmi nümayiş olunacaq. Tədbirdə filmin müəllifi də iştirak edəcək və filmin nümayişindən sonra yaranmış sualları cavablandıracaq. Bu tədbir British Council Azerbaijan (Britaniya Şurası Azərbaycan) tərəfdaşlığı ilə təşkil edilmişdir.

"Gözqamaşdırıcı parlaqlıq" dünya şöhrətli rəssam Şezad Davudun rejissorluğu ilə çəkilmiş elmi-fantastika filmidir. Filmdə fantastika fonundan irq, miqrasiya və şəxsiyyət anlayışlarını təkzib etmək üçün istifadə olunur. Süjet İngiltərənin şimalındakı Prestonun fərqli və dəyişən icmalarının taleyindən bəhs etməklə bəzi sənədli film elementlərini özündə birləşdirir və Lankaşirin UNO-ların ən çox müşahidə olunduğu və Böyük Britaniyada materik çinlilərinin ən sürətlə artdığı yer kimi mövqeyindən danışır. Film hekayəti müxtəlif formatlar üzərində təcrübələr sayəsində təmin edilmiş təhkiyə və zaman təhrifləri ilə nəql etmək üçün özündə rəqəmsal və analoq proseslərini, yüksək istehsal dəyərlərini və aşağı səviyyəli fantastika estetikasını birləşdirir. Hekayət Preston şəhərətrafına kosmik gəmidə eniş etmiş gənc çinli oğlan və qızdan - Jian və Şindən bəhs edir. Onlar bu planetə min il əvvəl tədqiqat məqsədilə göndərilmiş agentləri - "Glorious 100"ü tapmaq missiyası ilə gəliblər.

1974-cü ildə dünyaya gəlmiş Şezad Davud Sent-Martin İncəsənət Universiteti və Kral İncəsənət Kollecinin məzunu olmuş, elmlər doktoru dərəcəsini "Leeds Metropolitan" Universitetində alıb. Davud redaktə prosesindən film və rəsm arasındakı məna və formaları tədqiq etmək metodu kimi istifadə edərək şəkil, dil, yer və çoxsaylı təhkiyələrin ayrı sistemlərini qarşılaşdırmaq üçün filmlər, rəsmlər və heykəllərlə işləyir. Onun təcrübəsi çox vaxt tədqiqatın uzaq gedən hədəflərini fiziki və konseptual olaraq təsvir etmək üçün müxtəlif ərazilərdə qrup və şəxslərlə əməkdaşlığı və işi əhatə edir.

Onun son dövrlərdə keçirilmiş beynəlxalq sərgilərinə aiddir: Taybey Biennalesi (2014), Mərakeş Biennalesi (2014), MACBA Barselona (2014), MoMA PS1 (2014), "Witte de With" (2013), Modern Art Oxford (2012), Busan Biennalesi (2010), "Tate Britain" (2009), və 53-cü Venesiya Biennalesi (2009). Son layihələrinə aiddir: "Gözqamaşdırıcı parlaqlıq" bədii filmi (2013), "Parasol Unit", London, "Leeds" İncəsənət Qalereyasında (2014) və Çin, Sian, OCAT-da (2014) fərdi sərgi. Şezad "Jarman Award" namizədi (2012) və "Abraaj Capital Art Prize" mükafatının qaliblərindən biridir (2011). Hazırda o, Londonda yaşayıb-yaradır və Vestminister Universiteti yanında Eksperimental Mediada elmi tədqiqatçı olaraq fəaliyyət göstərir.

Məkan:

YARAT Müasir İncəsənət Mərkəzi
Səbail rayonu, Bayıl (Dövlət Bayrağı meydanının yaxınlığı), Bakı, Azərbaycan
16 May 2015
Saat: 19.00
Filmlər ingilis dilində, Azərbaycan dilinə sinxron tərcümə ilə nümayiş etdiriləcəkdir
Giriş sərbəstdir.

Əlavə məlumat üçün: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti