...

"Əsgər yaradıcılığı" müsabiqəsinin qalibləri müəyyən olunub (FOTO)

Cəmiyyət Materials 18 May 2015 21:40 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Silahlı Qüvvələrin "Əsgər yaradıcılığı" müsabiqəsi keçirilib.
"Əsgər yaradıcılığı" müsabiqəsinin qalibləri müəyyən olunub (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend/

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində Silahlı Qüvvələrin "Əsgər yaradıcılığı" müsabiqəsi keçirilib.

Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin təşkilatçılığı ilə hazırlanan bu tədbirlər Silahlı Qüvvələrin bütün birlik və birləşmələrində təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı və Sumqayıt qarnizonunda yerləşən birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəsisələrinin şəxsi heyətinin nümayəndələri bu günkü yaradıcılıq müsabiqəsində fəal iştirak ediblər.

Müsabiqədə "N" saylı hərbi birliyin əsgərlərinin ifaları böyük maraq doğurub. Əsgər Abbasxan Abbaszadənin ifa etdiyi "Azərbaycan" mahnısı, əsgər Tofiq Həmidovun "Qarabağ şikəstəsi", Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Kollecinin məzunu olan əsgər Vüqar İsmayılovun və qarmonda Cəlal Cəlilovun ifaları Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansablının münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarından ibarət qrupun ifasında "Torpağın səsi" mahnısı, ali hərbi məktəblərin kursantlarının bədii qiraəti, musiqi alətlərində ifaları da müsabiqəyə xüsusi rəng qatıb.

Sonda müsabiqənin qalibləri müəyyən edilərək mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti