...

BDU kollektivi yanğında həyatını itirmiş tələbəsindən hüznlə danışdı (FOTO)

Cəmiyyət Materials 20 May 2015 16:51 (UTC +04:00)
Bu gün Bakı Dövlət Universitetində Binəqədi rayonunda baş vermiş yanğında faciəli şəkildə həyatını itirən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Ülkər Eyvazovanın anım mərasimi keçirilib.
BDU kollektivi yanğında həyatını itirmiş tələbəsindən hüznlə danışdı (FOTO)

Azərbaycan, Bakı, 20 may /Trend/

Bu gün Bakı Dövlət Universitetində Binəqədi rayonunda baş vermiş yanğında faciəli şəkildə həyatını itirən BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin 3-cü kurs tələbəsi Ülkər Eyvazovanın anım mərasimi keçirilib.

Universitetin rektoru Abel Məhərrəmov bu ağır hadisədən bütün universitet kollektivinin sarsıldığını bildirib. O, Ü.Eyvazovanın tələbəlik dövründə qazandığı uğurlardan və tələbələr arasındakı yüksək nüfuzundan hüznlə söhbət açıb. Qeyd edib ki, Ü.Eyvazova qrup nümayəndəsi və fəal ictimaiyyətçi tələbə kimi həmişə seçilib, universitetin və fakültənin həyatında aktivlik göstərib. Rektor onun və bütün vəfat edənlərin ailələrinə səbr və Allahdan rəhmət diləyib.

Sonra fakültənin dekanı Nazim Şəmilov, BDU-nun kafedra müdiri Cahangir Məmmədli, Ü.Eyvazovanın tələbə yoldaşları adından Xədicə Abbaslı çıxış ediblər.

Sonra universitet kollektivi Ü.Eyvazovanın və ailə üzvlərinin məzarını ziyarət edərək onlara Tanrıdan rəhmət diləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti