...

İrəvan xanlığı tarixinə həsr olunmuş nəşrlər ispan dilinə çap olunacaq

Cəmiyyət Materials 24 İyun 2015 10:46 (UTC +04:00)
Yaxın müddət ərzində “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı, bundan əlavə İrəvan xanlığı tarixinə həsr olunmuş bir sıra broşürlər ispan dilinə tərcümə olunaraq Latın Amerikası ölkələrində yayılacaq.
İrəvan xanlığı tarixinə həsr olunmuş nəşrlər ispan dilinə çap olunacaq

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Yaxın müddətdə "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi" kitabı, bundan əlavə İrəvan xanlığı tarixinə həsr olunmuş bir sıra broşürlər ispan dilinə tərcümə olunaraq Latın Amerikası ölkələrində yayılacaq.

Trend-in məlumatına görə, bu barədə qərar Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarovun AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovla görüşündə qəbul edilib.

Tarix İnstitutundakı görüşdə həmçinin Latın Amerikası ölkələrində, o cümlədən Meksika, Kosta Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda ermənilərin apardığı antiazərbaycan kampaniyasına qarşı tarixçi alimlərin informasiya mübarizəsi məsələləri müzakirə olunub.

İ.Muxtarov Y.Mahmudovla görüşdə Tarix İnstitutunun ispan dilinə tərcümə olunması nəzərdə tutulan kitabları ilə tanış olub və onların tərcümə olunub yayılması ilə bağlı bir sıra elmi-təşkilati məsələlər nəzərdən keçirilib. Göstərilən əsərlərin ispan dilində nəşrə hazırlanması və digər mühüm məsələlərin Tarix İnstitutunda həyata keçirilməsi barədə razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti