...

Azərbaycanla İran ailə və qadın məsələləri üzrə sənəd imzalayacaq

Cəmiyyət Materials 10 İyul 2015 15:05 (UTC +04:00)
İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Şəhindoxt Molaverdi Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanı İranda keçiriləcək tədbirdə iştirak etməyə dəvət edib.
Azərbaycanla İran ailə və qadın məsələləri üzrə sənəd imzalayacaq

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir Təmkin Cəfərov/

İran Prezidentinin qadın və ailə məsələləri üzrə müavini Şəhindoxt Molaverdi Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanı İranda keçiriləcək tədbirdə iştirak etməyə dəvət edib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, İranın Azərbaycandakı səfiri Möhsün Pakayin H.Hüseynova ilə görüşüb və rəsmi dəvətnaməni ona təqdim edib.

H.Hseynova sentyabr ayında İranda keçiriləcək "Qadınlar davamlı inkişaf yolunda" adlı II Beynəlxalq konfransda iştirak üçün dəvət olunub. Tədbirdə dünyanın müxtəlif ölkələrindən qadın məsələləri üzrə nazirlər iştirak edəcəklər.

Görüşdə H.Hüseynova xanım Ş.Molaverdinin dəvətinə görə səfirə təşəkkürünü bildirib və bu tədbirdə iştirak edəcəyinə ümidvar olduğunu bildirib. Dövlət Komitəsinin sədri Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin zəruriliyindən danışıb və iki ölkə arasında qadın və ailə məsələləri üzrə əməkdaşlığın inkişafı sahəsində imzalanacaq anlaşma memorandumu layihəsini səfirə təqdim edib.

Qeyd edək ki, anlaşma memorandumu razılaşdırılarsa sənəd H.Hüseynovanın Tehrana səfəri zamanı imzalanacaq.

Görüşdə İranın Azərbaycandakı səfiri M.Pakayin deyib ki, İran iki ölkə arasında ailə və qadın məsələləri sahəsində əməkdaşlığın inkişafını alqışlayır: "Tehranda keçiriləcək tədbir müxtəlif ölkələrin qadınları ilə tanışlıq və təcrübə mübadiləsi üçün əlverişli imkan yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti