...

Fiziki qüsurlu məhkumlara protezlər təqdim edildi (FOTO)

Cəmiyyət Materials 14 İyul 2015 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlkin İzzət/

Ədliyyə Naziriliyi Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə saxlanılan fiziki qüsurlu məhkumların protezlərə olan ehtiyacları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti qurumları ilə birgə mütəmadi olaraq müəyyənləşdirilir.

Belə ki, Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssisləri tərəfindən müxtəlif protezlərə ehtiyacı olan fiziki qüsurlu məhkumlar müayinədən keçirilir və protrez ölçüləri götürülür.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar Xidmətin Müalicə müəssisəsində 12 nəfər məhkuma əvvəlcədən ölçüləri götürülərək hazırlanmış protezlər və onlara aid ləvazimatlar təqdim olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin həkim-texnik briqadası protezlərdən istifadə qaydalarını məhkumlara izah edib.

Tədbirdə Penitensiar Xidmətin Baş idarəsinin məsul əməkdaşları iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti