...

Zirvədə sığorta... (FOTO)

Cəmiyyət Materials 20 Avqust 2015 11:27 (UTC +04:00)
Şirkət əməkdaşları böyük şücaət göstərərək 4 466 metrlik zirvəni uğurla fəth etmişlər və orada bayrağımızı dalğalandırmışlar.
Zirvədə sığorta... (FOTO)

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Daim yenilikçi fəaliyyəti ilə seçilən, sığorta bazarının aparıcı şirkətlərindən biri olan "Atəşgah" Sığorta şirkəti daxilində 2010-cu ildə yaradılmış alpinist klubunun üzvlərindən ibarət dəstə, 14-17 avqust 2015-ci il tarixlərində ölkəmizin ən hündür nöqtəsi olan Bazardüzü zirvəsinə yürüş həyata keçirmişdir. Olduqca çətin marşrutlardan ibarət bu yürüş Azərbaycanın ən qədim və ən ucqar yaşayış məntəqələrindən biri sayılan Xınalıq kəndindən başlamışdır.

Şirkət əməkdaşları böyük şücaət göstərərək 4 466 metrlik zirvəni uğurla fəth etmişlər və orada bayrağımızı dalğalandırmışlar.

Bu möhtəşəm tədbir şirkətin birbaşa fəaliyyət sahəsinə aid olan digər bir hadisə ilə də yadda qalmışdır. Belə ki, məlum coğrafi səbəblərdən ölkəmizin paytaxtı və regionlarında gedən proseslərdən müəyyən qədər təcrid olunmuş Xınalıq kəndinin sakini Rasim Aslanova, sahibi olduğu QAZ 66 markalı yük avtomobili üçün icbari sığorta şəhadətnaməsi yazılmışdır.

Maraqlı məqam odur ki, şəhadətnamə Bazardüzü dağının tam zirvəsində, mobil cihaz vasitəsilə İcbari Sığorta Bürosunun onlayn sistemində yazılmış və dəstəni müşaiyət edən Rasim Aslanova təqdim edilmişdir. Şəhadətnaməni şirkətin sığorta agenti Kənan Qasımov yazmışdır.

Beləliklə, "Atəşgah" Sığorta Şirkəti öz missiyasının tərkib hissəsi olan və daima əməl etdiyi "əhalinin sığorta barədə maarifləndirilməsi" vəzifəsini Azərbaycanın ən ucqar nöqtəsində də həyata keçirmiş olub. Şirkətin fəaliyyətində əhalinin maarifləndirilməsinə (xüsusilə də regionlarda) geniş yer verilir.

Xatırladaq ki, "Atəşgah alpinist klubu"-nun üzvləri 2010-cu ildən başlayaraq mütəmadi olaraq Heydər zirvəsi, Şahdağ zirvəsi və digər yüksəkliklərə yürüşlər etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti