...

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində işə qəbul müsabiqə yolu ilə aparılacaq

Cəmiyyət Materials 4 Sentyabr 2015 15:33 (UTC +04:00)
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində vakant yerlərə pedaqoji kadrların işə qəbulu müsabiqə yolu ilə aparılacaq.
Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində işə qəbul müsabiqə yolu ilə aparılacaq

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində vakant yerlərə pedaqoji kadrların işə qəbulu müsabiqə yolu ilə aparılacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, pedaqoji kadrların işə qəbulu zamanı şəffaflığın təmin edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi sisteminə daxil olan uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində vakant yerlərə pedaqoji kadrların işə qəbulu müsabiqə yolu ilə aparılacaq.

Məktəblərdə pedaqoji işçilərin müsabiqə yolu ilə işə qəbulu barədə müvafiq məlumatlar nazirliyin internet saytının (www.mct.gov.az) elanlar bölməsində yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti