...

Bakı metrosunda qatarların hərəkəti bərpa olundu, ölənin şəxsiyyəti müəyyən edilir (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 5 Sentyabr 2015 13:10 (UTC +04:00)
Bakı metrosunda qatarların hərəkətində ləngimə baş verib.
Bakı metrosunda qatarların hərəkəti bərpa olundu, ölənin şəxsiyyəti müəyyən edilir (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:35-də yayılıb)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Elmir Murad/

Bakı metrosunda qatarların hərəkətində ləngimə baş verib.

Sərnişinlərin Trend-ə verdiyi məlumata görə, "Memar Əcəmi" stansiyasından "Dərnəgül" və "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarlar 20 dəqiqədir ki, dayanıb. Sərnişinlərin sözlərinə görə, Metropoliten işçiləri qatarların hərəkətinin dayanması ilə bağlı heç bir məlumat vermir.

"Bakı Metropoliteni" QSC-dən Trend-ə faktı təsdiqləyiblər və qeyd ediblər ki, bu gün səhər saatlarında 39 saylı marşrut qatarında "Azadlıq" stansiyasında olarkən nasazlıq yaranıb.

QSC-dən bildirilib ki, sərnişinlər boşaldılıb və qatar depoya gedib. Bir qatar xətdən çıxdığı üçün interval bu qədər uzanıb. Depodan onun yerinə qatar verilib.

Bu dəqiqələrdə isə "28 May" stansiyasında 18-20 yaşlarında bir oğlan özünü qatar reyslərinin üstünə atıb. Onun öldüyü bildirilir.

X X X

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə bildirib ki, artıq qatarların hər iki istiqamətdə hərəkəti bərpa olunub. İntihar edən şəxsin kimliyini müəyyən etmək üçün hüquq-mühafizə orqanları araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti