...

Yollardakı yağış barmaqlıqlarını oğurlayan şəxslər tutulub (FOTO)

Cəmiyyət Materials 7 Oktyabr 2015 13:39 (UTC +04:00)
Daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
Yollardakı yağış barmaqlıqlarını oğurlayan şəxslər tutulub (FOTO)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Elmir Murad/

Daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəqliyyat Nazirliyinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti Daxili İşlər Nazirliyinə müraciət edərək son günlər paytaxtın mərkəzi küçə və prospektlərində, eləcə də xüsusi dövlət əhəmiyyətli yollarda rabitə-kommunikasiya xidmətlərinə məxsus quyuların qapaqlarının qeyri-müəyyən şəraitdə oğurlanması barədə məlumat verib.

Dərhal həyata keçirilən təxirəsalınmaz tədbirlərlə bu qəbildən olan silsilə oğurluqları törətməkdə şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Müşfiq Həsənov və Bərdə rayon sakini Ülfan Alıyev saxlanılıb.

İlkin dindirmə zamanı onlar cinayət törədərkən M.Həsənovun idarə etdiyi "VAZ 2107" markalı avtomaşından istifadə etdiklərini, son iki ay ərzində yağış sularının axıdılması üçün quraşdırılan 70-ə yaxın dəmir barmaqlıqları oğurladıqlarını etiraf ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti