Azərbaycan, Bakı, 16 oktyabr /Trend/
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Şirvanda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Fondun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Fondun sədri E.Mehdiyev 22 oktyabr saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər şöbəsinin inzibati binasında Şirvan şəhərinin və Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.