...

Azərbaycan Trabzonda keçirilən “offroad” üzrə kubok yarışlarında uğurla iştirak edib (FOTO)

Cəmiyyət Materials 29 Oktyabr 2015 10:50 (UTC +04:00)
Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ölkəmizi bu yarışda təmsil edən Rüfət Nəsibov və Əhməd Həsənov S2 kateqoriyasında 2-ci yer, Namazi Orucov və Zaur Mikayılov isə S4 kateqoriyasında 3-cü yer tutublar.
Azərbaycan Trabzonda keçirilən “offroad” üzrə kubok yarışlarında uğurla iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Oktyabrın 25-də Türkiyənin Trabzon şəhərində Qara dəniz Offroad Platforması İsmət Dönməz adına Məhəllə Kubokunun 3-cü mərhələsi keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə ölkəmizi bu yarışda təmsil edən Rüfət Nəsibov və Əhməd Həsənov S2 kateqoriyasında 2-ci yer, Namazi Orucov və Zaur Mikayılov isə S4 kateqoriyasında 3-cü yer tutublar.

Qeyd edək ki, İsmət Dönməz adına Məhəllə Kuboku yarışları 3 mərhələdə keçirilib. Final mərhələsində 44 iştirakçı 22 "offroad" avtomobili ilə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti