...

BDU-da “Tələbə Həftəsi” çərçivəsində görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 11 Noyabr 2015 13:08 (UTC +04:00)
Azərbaycan Tələbələr Birliyinin elan etdiyi “Tələbə həftəsi” çərçivəsində ilk tədbir Bakı Dövlət Universitetində təşkil edilib.
BDU-da “Tələbə Həftəsi” çərçivəsində görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Azərbaycan Tələbələr Birliyinin elan etdiyi "Tələbə həftəsi" çərçivəsində ilk tədbir Bakı Dövlət Universitetində təşkil edilib.

Trend-in məlumatına görə, Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov, Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Səbuhi Rzayev, Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadənin iştirak etdiyi görüşü BDU-nun Tələbə-gənclər təşkilatının sədri Nicat Kərimov açaraq "Tələbə həftəsi"nin əhəmiyyətindən danışıb.

ATB-nin sədri E.Aslanov çıxışında "Tələbə həftəsi"nin önəmindən, tələbələrin ölkə həyatında tutduqları yerdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin ali təhsilə, tələbələrə verdiyi önəmin göstərici olaraq son illərdə tələbələrin keyfiyyətli təhsil almaları, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülür, ali təhsil sistemi beynəlxalq keyfiyyət proqramlarına cavab verməsi üçün lazımi addımlar atılır.

Daha sonra çıxış edən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi S.Rzayev ölkəmizdə həyata keçirilən gənclər siyasətindən və bu siyasət çərçivəsində tələbələrə göstərilən diqqətdən bəhs edib.

Gənclər Təşkilatları Milli Şurasının sədri Ş.Seyidzadə isə tələbələrin karyera quruculuğu işində diqqət göstərməli olduqları məqamları vurğulayıb.

Sonda tələbləri maraqlandıran suallar cavablandırıb, mövzu ətrafında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti