...

İstilik problemi həllini tapır

Cəmiyyət Materials 20 Noyabr 2015 09:42 (UTC +04:00)
Azərbaycanda yaşayış binalarına istiliyin verilməsi yaxın günlərdə tamamilə bərpa olunacaq.
İstilik problemi həllini tapır

Bakı. Trend:

Azərbaycanda yaşayış binalarına istiliyin verilməsi yaxın günlərdə tamamilə bərpa olunacaq.

Bu barədə Trend-ə "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib: "Bütün qazanxanalar qış mövsümünə hazırdır".

R.Əliyevin sözlərinə görə, problem "Azəristiliktəchizat" ASC tərəfindən "Azəriqaz" İB-ə yaranmış borc səbəbindən yaranıb, qazanxanalara qazın verilməsi dayandırılıb.

ASC rəsmisi bilirib ki, artıq problemin həlli istiqamətində danışıqlar aparılır: "Bəzi qazanxanalara qaz verilib, digər qazanxanalara da yaxın günlərdə qaz verilməsi bərpa olunacaq".

R.Əliyev yaranmış borçun məbləğini açıqlamayıb. O qeyd edib ki, "Azəriqaz" İB qarşısında yaranmış borc ötən illərdən yığılıb qalmış borcdur. ASC artıq cari borclar yığmadan əvvəlki illərin borclarını da hissələrlə qaytarmağa davam edir.

Hər bir halda "Azəristiliktəchizat" ASC hesab edir ki, yaranmış problemdən əhali əziyyət çəkməməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti