Bakı. İlhamə İsabalayeva - Trend:
"Günəşli" yatağında baş vermiş qəza nəticəsində dəniz ətraf mühitində yarana biləcək ekoloji təsirləri müşahidə etmək məqsədilə həmin ərazidə monitorinqlər keçirilib və hazırda da davam etdirilir.
Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) illik hesabatında qeyd edilib.
Hesabatda deyilir ki, aparılan təhlillərin nəticəsinə görə dəniz ekosisteminə əhəmiyyətli mənfi təsir aşkar edilməyib.
Xəzər dənizinin Azərbaycan sektorunda 4 775 nümunə üzərində 52 685 analitik, ekotoksikoloji və mikrobioloji təhlil aparılıb.
Geoloji-kəşfiyyat işləri 58 zonada yerinə yetirilib. Axtarış işləri nəticəsində xammal ehtiyatını yüksək səviyyədə təmin edə biləcək qara, əlvan və nəcib metallar üzrə perspektivli sahələr və zonalar aşkarlanıb.