...

Hesablama Palatasında bəzi dövlət qurumlarına büdcədən ayrılan vəsaitlərlə bağlı hesabatlar dinlənilib

Cəmiyyət Materials 21 Yanvar 2016 14:31 (UTC +04:00)
Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.
Hesablama Palatasında bəzi dövlət qurumlarına büdcədən ayrılan vəsaitlərlə bağlı hesabatlar dinlənilib

Bakı. Trend:

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

Palatadan Trend-ə verilən məlumata görə, kollegiya iclasında 2015-ci il Iş planına uyğun həyata keçirilmiş aşağıdakı nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib:

"Azərpoçt" MMC tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair;

"Azərkosmos" ASC tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin, cəlb edilən kreditlərin və büdcədənkənar vəsaitlərin istifadəsinin, kreditlərin qaytarılma vəziyyətinin, dövlət büdcəsinin gəlirlərinin və büdcədənkənar vəsaitlərin hesablanması və ödənilməsinin, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair;

Dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Sumqayıt Şəhər İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair.

İclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya Qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun olaraq audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiya Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı Audit proqramlarını da təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti