...

Hərbi cinayətkarların dövlətə vurduğu 790 min 503 manat maddi ziyan ödənilib

Cəmiyyət Materials 29 Yanvar 2016 14:56 (UTC +04:00)
2015-ci ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanıb.

Bakı. Samir Əli - Trend:

2015-ci ildə hərbi prokurorluq orqanları tərəfindən bir çox ağır, mürəkkəb və çoxepizodlu cinayət işlərinin istintaqı tamamlanıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, hesabat dövründə dövlət əmlakının mənimsənilməsi ilə bağlı bir sıra cinayət işləri üzrə istintaq yekunlaşaraq günahkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub.

Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulmuş 790 min 503 manat məbləğində maddi ziyanın istintaq zamanı ödənilməsi təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti