...

Məktəbliləri daşıyan mikroavtobusun aşması nəticəsində 12 nəfər xəsarət alıb

Cəmiyyət Materials 28 Mart 2016 11:36 (UTC +04:00)
Bakının Sabunçu rayonu ərazisində məktəbliləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 12 nəfər xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasının qəbul şöbəsinə müraciət edib.
Məktəbliləri daşıyan mikroavtobusun aşması nəticəsində 12 nəfər xəsarət alıb

Bakı. Samir Əli-Trend:

Bakının Sabunçu rayonu ərazisində məktəbliləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində 12 nəfər xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasının qəbul şöbəsinə müraciət edib. Bu barədə Trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Bildirilir ki, xəsarət alanlardan 10 nəfər 8-17 yaşlı məktəb şagirdi olub. Şagirdlərdən əlavə, hadisə nəticəsində avtobusda olan daha iki nəfər - 23 və 52 yaşlı şəxslər də xəsarətlə xəstəxanaya müraciət ediblər.

Xəstəxanada həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra 12 nəfərin hamısı evə buraxılıb.

Məlumatda qeyd olunur ki, hadisə zamanı xəsarət alan məktəblilərin hamısı Sabunçu rayonunun Maştağa qəsəbəsindəki orta məktəblərin şagirdləri olub. Şagirdlər mikroavtobusla Kürdəxanı qəsəbəsindən Maştağadakı orta məktəbə gedirmiş.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti