...

"Gəncə Avropa Gənclər Paytaxtı-2016" layihəsinin rəsmi açılışı olacaq

Cəmiyyət Materials 2 May 2016 16:44 (UTC +04:00)
Mayın 4-də Gəncədə "Gəncə Avropa Gənclər Paytaxtı-2016" layihəsinin rəsmi açılış mərasimi keçiriləcək.
"Gəncə Avropa Gənclər Paytaxtı-2016" layihəsinin rəsmi açılışı olacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Mayın 4-də Gəncədə "Gəncə Avropa Gənclər Paytaxtı-2016" layihəsinin rəsmi açılış mərasimi keçiriləcək.

Trend-in məlumatına görə, tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül qoyacaqlar.

Tədbirdə Avropa Gənclər Forumunun İdarə heyətinin üzvü Avropa Şurası Gənclər üzrə Məşvərət Şurasının sədri, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin icraçı direktoru Andras Farkas, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, Braqa şəhərinin vitse-meri, Əskişəhər valisi, "Saloniki Avropa Gənclər Paytaxtı-2014" layihəsinin rəhbəri, "Gəncə Avropa Gənclər Paytaxtı-2016" layihəsinin nümayəndəsi, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Prezidenti Administrasiyasının və mərkəzi icra orqanlarının nümayəndələri iştirak edəcəklər.

Həmin gün Gənclər Evinin, "Gəncə Avropa Gənclər Paytaxtı-2016" İctimai Birliyinin ofısinin açılış mərasimi də təşkil olunacaq.

Tədbir çərçivəsində mayın 5-də Gəncədə "Qadınlar zirvədə" layihəsinin təqdimatı keçiriləcək. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Avropa Gənclər Forumunun İdarə heyətinin üzvü Lora Lyubenova, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Avropa Gənclər Forumunun üzv təşkilatlarının beynəlxalq ekspertləri iştirak edəcəklər.

Həmin gün keçiriləcək Avropa Gənclər Paytaxtları Şəbəkəsinin görüşünə isə "Gəncə Avropa Gənclər Paytaxtı-2016" İctimai Birliyinin sədri Elmir Vəliyev, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin icraçı direktoru və Braqa, Maribor, Saloniki, Kluj-Napoka, Kaskais şəhərlərinin nümayəndələri qatılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti