...

Bakıda idman gimnastikası üzrə Azərbaycan Birinciliyinin və Bakı Çempionatının ilk yarış günün qalibləri bilindi

Cəmiyyət Materials 8 May 2016 00:08 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasının köməkçi zalında idman gimnastikası üzrə Azərbaycan Birinciliyinin və Bakı Çempionatının ilk yarış günü bitib.
Bakıda idman gimnastikası üzrə Azərbaycan Birinciliyinin və Bakı Çempionatının ilk yarış günün qalibləri bilindi

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda Milli Gimnastika Arenasının köməkçi zalında idman gimnastikası üzrə Azərbaycan Birinciliyinin və Bakı Çempionatının ilk yarış günü bitib.

Yarışlar ilk günündə kişilər (böyüklər - 1998-ci il təvəllüdlülər və daha böyüklər; gənclər - 1998-2001; balacalar - 2003-2004; uşaqlar - 2005-2006) 4 yaş qrupu üzrə çoxnövçülükdə qalibləri müəyyən edilib.

Həmçinin qadınlar (uşaqlar - 2007-2008) yaş qrupu çıxış edib.

Kişilər arasında (balacalar - 2003-2004) qupunda qızıl medalı 71.700 bal toplayaraq Mənsum Səfərov qazanıb. Gümüş medalın sahibi Rafiq Orucov (71,467 bal) olub, bürünc mükafatçısı isə Ramin Dəmirov olub (71,233 bal).

Uşaqlar - 2005-2006 qrupunda birinci yeri 56.566 balla Aydın Əlizadə qazanıb, ikici yerin sahibi Anar Həsənov olub (56.134 bal), üçüncü isə Rəsul Əhmədzadə olub (55.801 bal).

Bütün medalçılar Bakı Gimnastika Məktəbinin yetirmələridir.

Gənclər - 1998-2001 qrupunda ilk yeri Respublika Olimpiya İdman Liseyinin yetirməsi 79,400 balla Murad Ağarzayev tutub. İkinci yerin sahib "Ocaq Sport" Klubunun idmançısı Sergey Onbiş olub (75,950 bal) , üçüncü isə Cavidan Babayev olub (73.850 bal).

Böyüklər - 1998-ci il təvəllüdlülər və daha böyüklər arasında qızıl medalı 84,400 balla Petro Paxnyuk qazanıb, gümüş medalçı Teymur Bayramov olub (71,300 bal) , bürünc medalın sahibi isə Oleq Stepko olub.

Ümümilikdə iki yarış günü ərzində 5 yaş qrupu üzrə çoxnövçülükdə qalibləri müəyyən edəcəklər. Ümumilkdə iştirakçıların sayı 65-dir (36 kişi və 29 qadın).

İki günlük turnirdə tamaşaçılar Rio 2016 Olimpiya Oyunlarının iştirakçıları Oleq Stepko və Petro Paxnyuk, həmçinin bu ilin fevral ayında Bakıda keçirilmiş idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kubokunun bürünc medalçısı Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnovanın peşəkar çıxışlarını izləyəcəklər.

Qadınlar (uşaqlar - 2007) qrupunda qızıl medalı 38,833 balla Nazənin Teymurova qazanıb, gümüş medalçı Fatimə Hüseynli olub (37,000 bal) , bürünc medalın sahibi isə Məlahət Bayramova olub (35,399 bal).

Qadınlar (uşaqlar - 2008) qrupunda qızıl medalı 38,967 balla Aliyə Rüstəmova qazanıb, gümüş medalçı Milana Əliyeva olub (37,300 bal) , bürünc medalın sahibi isə Esmiralda Həsənova olub (37,234 bal).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti