...

"İnsan hüquqları" aylığı çərçivəsində Silahlı Qüvvələrdə tədbirlər keçirilir

Cəmiyyət Materials 18 May 2016 14:20 (UTC +04:00)
"İnsan hüquqları" aylığı çərçivəsində Silahlı Qüvvələrdə bir sıra tədbirlər keçirilir.

Bakı. Trend:

"İnsan hüquqları" aylığı çərçivəsində Silahlı Qüvvələrdə bir sıra tədbirlər keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə ölkədə hər il qeyd olunan 18 iyun - İnsan Hüquqları Günü münasibətilə respublikanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək Azərbaycanda "İnsan hüquqları" aylığı keçirilir.

Hər il bu aylıq çərçivəsində dövlət qurumları, QHT və KİV-lər, icmalar və beynəlxalq təşkilatlar tərəfindən insan hüquqları sahəsində əməkdaşlığın davamı olaraq dövlətimizin başçısının 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil edilir.

Bu aylıq çərçivəsində Silahlı Qüvvələrdə də bir sıra tədbirlər keçirilir.

Bütün birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində insan hüquqlarının və azadlıqlarının mahiyyətindən, onların pozulması və qarşısının alınması yollarından bəhs edən mövzularda konfranslar, "dəyirmi masalar", əhali ilə görüşlər, maarifləndirici seminarlar və digər tədbirlər keçiriləcək.

İnsan hüquqlarını təbliğ edən mövzularda keçirilən tədbirlərdə iştirakçıları maraqlandıran suallar mütəxəssislər, ekspertlər, hüquqşünaslar və s. tərəfindən cavablandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti