...

Azərbaycan İntellektual Oyunlar Klubu 4-cü mövsümə yekun vurdu (FOTO)

Cəmiyyət Materials 8 İyun 2016 14:24 (UTC +04:00)
Azərbaycan İntellektual Oyunlar Klubu 4-cü mövsümə yekun vurub.
Azərbaycan İntellektual Oyunlar Klubu 4-cü mövsümə yekun vurdu (FOTO)

Bakı. Trend:

Azərbaycan İntellektual Oyunlar Klubu 4-cü mövsümə yekun vurub. Trend-in məlumatına görə, klub 2015-2016-cı il oyun mövsümünə mükafatlandırma mərasimi ilə yekun vurub.

"Azərbaycan" İntellektual Oyunlar Klubu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil olunan və respublikanın ali təhsil müəssissələri arasında sinxron çempionat, hər şənbə günü Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Ali Neft Məktəbi, Avrasiya Universiteti, Azərbaycan Müəllimlər İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti,Edinburq Universiteti, Lənkəran Dövlət Universiteti və Bakı Kompyuter Kollecində keçirilir.

Sinxron çempionatla paralel olaraq hər həftənin bazar günləri AİOK-un təşkilatçılığı ilə Azərbaycan və rus dillərində "Nə? Harada? Nə zaman?", "Fərdi Oyun" və "Breyn Rinq" formatında oyunlar keçirilir. Oyunda tələbələrarası sinxron çempionatlarda aktivlik göstərən ali müəssisələrini təmsil edən komandalar, intellektual hərəkatda aktiv olan tələbə gənclər və ümumi intellektuallar iştirak edir. Klub iki dildə oyunlar təşkil edən yeganə intellektual klubdur.

IV sinxron çempionatı üzrə ( 2015-2016-cı təhsil ili üzrə) "Obonato" (ARPDİA) komandası liderliyi əldə etdi. İkinci yerə "Apokalipsis"(ADA Universiteti), 3-cü yerə isə "Liberland" (ADU) komandası sahibləndi. Azərbaycan dilində "Nə? Harada? Nə Zaman?" üzrə keçirilən çempionatın qalibləri - HİT, Dinamo və Nevada komandaları oldu. Rus dilində keçirilən çempionatın qalibləri - Nevada, Who run the world və USB komandaları oldu.

Bütün qalib komandalar klub tərəfindən diplom və hədiyyələrlə təltif olundular.
Mövsümün yekunlaşması səbəbilə Klubun prezidenti Aydın Piriyev təəssüratları ilə bölüşüb: "Ötən mövsüm artıq 4-cü olan sinxron çempionat sözün əsl mənasında ölkənin ən böyük intellektual tədbirlərindən birinə çevrildi. Bu yolda birinci gündən bizimlə birgə olan başda Şahin İsmayilov olmaqla bütün ATGTİ ailəsinə dərin təşəkkürümü bildirirəm.
Cari çempionat 500-ə yaxın komandanın iştirakı ilə yadda qaldı və əlbəttə ki, tərəfdaş universitet klublarımız olmasaydı, bu nailiyyəti əldə edə bilməzdik.

Premyer liqamızda ümumilikdə 15 komandanın müəllifliyi ilə sual paketlərini oynadıq. Kimsə sualları çox tez oxuyurdu, kiminsə səsi yavaş gəlirdi, amma mən bu komandaların gələn mövsüm də sualları ilə bizi sevindirəcəyinə inanıram. Rusdilli oyunlarda vəziyyət aydındır - özümüz yazıb, özümüz oynadıq. Rus dilində hər həftə sinxron paketlər var. Amma iki dildə mütəmadi oyunlar təşkil edən yeganə intellektual klub olduğumuzu hər yerdə dediyimiz üçün şərtləri eyniləşdirib-çətinləşdirdik və bacardıq!

Məktəbli çempionatı də sürprizlərlə yadda qaldı. TDV liseyi güclü NHN bazasına malikdir, amma BTAL üçün bu tipli yarışlar yeni idi. Buna baxmayaraq çox gözəl oynadılar. Artıq bizim dostlarımıza çevrilən Binəqədi, Nəsimi, Pirallahı, ZAHS məktəblilərindən gələn il də belə həvəs və canfəşanlıq gözləyirik.

Ümumiyyətlə, resurslarımız daha çox olsaydı, daha da möhtəşəm yarışlar təşkil edə bilərdik. İnanıram ki, yeni mövsümdə belə də olacaq. Keçən il təşkil olunan turnirlərimizdən isə artıq ənənəvi olan Müstəqillik Kuboku, 8 Mart Turniri və Camal Ağazadənin "Miflər Kuboku" şəxsən mənim daha çox yadımda qaldı. Zarafat deyil, belə sıx qrafik və belə məhdud imkanlarla hər ay bir turnir təşkil etməyi bacarırdıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti