...

Heydər Əliyev Mərkəzinin parkında "I Love Baku" incəsənət kompozisiyası açılıb (FOTO)

Cəmiyyət Materials 16 İyun 2016 17:26 (UTC +04:00)
Heydər Əliyev Mərkəzinin parkında bu gündən “I Love Baku” (“Mən Bakını sevirəm”) incəsənət kompozisiyası açılıb.
Heydər Əliyev Mərkəzinin parkında "I Love Baku" incəsənət kompozisiyası açılıb (FOTO)

Bakı. Trend:

Heydər Əliyev Mərkəzinin parkında bu gündən "I Love Baku" ("Mən Bakını sevirəm") incəsənət kompozisiyası açılıb. Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin parkı dincəlmək və əylənmək üçün şəhərin ən gözəl məkanlarından biri sayılır. Burada hər bir kəs dincələ, gəzintiyə çıxa, parkda açıq havada nümayiş olunan müxtəlif sərgilərə baxa və əlbəttə ki, ən gözəl anlarını foto və videolarda əbədiləşdirə bilər.

Şəhər sakinləri və qonaqlar bu gündən etibarən Heydər Əliyev Mərkəzinin parkında həmçinin "I Love Baku" incəsənət kompozisiyası ilə tanış ola biləcək.

Burada çəkilən fotoları isə sosial şəbəkələrdə #Ihttps://mail.google.com/mail/e/2764Baku, #ILoveBaku, #IBaku heşteqləri ilə paylaşa bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti