...

Roma Papası Şəhidlər xiyabanını ziyarət edib (YENİLƏNİB)

Cəmiyyət Materials 2 Oktyabr 2016 16:10 (UTC +04:00)
Roma Papası Fransisk oktyabrın 2-də Şəhidlər xiyabanını ziyarət edib.
Roma Papası Şəhidlər xiyabanını ziyarət edib (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Roma Papası Fransisk oktyabrın 2-də Şəhidlər xiyabanını ziyarət edib.

Burada Roma Papasının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Papa Fransisk Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Müqəddəs Taxt-Tacın və Azərbaycan Respublikasının himnləri səslənib.

Roma Papasına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti