...

"Beşiktaş"ın iki təcrübəli futbolçusu əsas komandadan uzaqlaşdırıldı

İdman Materials 26 Dekabr 2025 19:48 (UTC +04:00)
"Beşiktaş"ın iki təcrübəli futbolçusu əsas komandadan uzaqlaşdırıldı

Bakı. Trend:

"Beşiktaş"ın iki təcrübəli futbolçusu baş məşqçi Sergen Yalçının qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, müdafiəçi Necip Uysalla qapıçı Mert Günoka özlərinə klub tapmaq göstərişi verilib. Neciplə Mert klubun gələcək planlarına daxil deyil. Onlar özlərinə yeni klub tapana kimi kollektivdən ayrı məşq edəcəklər.

Qeyd edək ki, Necip Uysal "Beşiktaş"ın akademiyasının yetirməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti