...

Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək

Dünya xəbərləri Materials 26 Dekabr 2025 19:34 (UTC +04:00)
Özbəkistan kosmosa ilk kosmonavtını göndərəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan kosmosa süni peyk və ilk kosmonavtını göndərməyi planlaşdırır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Özbəkistanın müstəqillik tarixində ilk dəfə olaraq kosmosa süni peykin və ölkəmizin vətəndaşı olan ilk özbək kosmonavtının buraxılması üzrə işlərə başlamışıq”, - deyə o əlavə edib.

Mirziyoyev vurğulayıb ki, bu addım ölkənin elmi və texnoloji inkişafına güclü təkan verəcək, həmçinin milli inkişafı yeni mərhələyə çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti