...

BP-nin Ali Neft Məktəbinə qiymətli hədiyyəsi

Cəmiyyət Materials 2 Dekabr 2016 11:14 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) kitabxanasına BP tərəfindən kitab kolleksiyası hədiyyə olunub.
BP-nin Ali Neft Məktəbinə qiymətli hədiyyəsi

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) kitabxanasına BP tərəfindən kitab kolleksiyası hədiyyə olunub. BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Kolleksiya riyaziyyat, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, ingilis dilinin qrammatikası, bədii ədəbiyyat və soraq materiallarından ibarətdir.

BP kimi şirkətlərdən daxil olmuş hədiyyələr kitabxanaya maddi və mənəvi dəstək olmaqla, BANM-in tədris, elm, o cümlədən mədəniyyət mərkəzi funksiyasını yerinə yetirməsinə yardımçı olur.

BP-nin bu addımını Ali Məktəbin 5 illik yubileyi ərəfəsində kitabxana kolleksiyasının inkişafına etdikləri töhfə kimi qiymətləndirən BANM-in rəhbərliyi BP şirkətinə xüsusi minnətdarlıq bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti