...

Azərbaycanın İT şirkətləri milli axtarış sistemini yaratmağa kömək edəcəklər

Cəmiyyət Materials 6 Yanvar 2017 08:19 (UTC +04:00)

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanın İT şirkətləri milli axtarış sisteminin yaradılmasına dəstək verməyə hazırdırlar. Bu barədə Trend-ə İT bazarındakı mənbə bildirib.

Milli axtarış sisteminin yaradılmasında əsas məqsəd ölkənin informasiya təhlükəsizliyini təmin etməkdir. Həmçini, reklamdan əldə olunan gəlir ölkə daxilində qalacaq.

Bildirilir ki, əvvəl milli axtarış sisteminin yaradılması "Dilmanc" lahiyəsi çərcivəsində aparılırdı.

Global Stats mərkəzinin məlumatına görə, Azərbaycanda ən populyar axtarış sistemi "Google" şirkətidir (94%).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti