...

Ötən il Azərbaycanda 1032 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib

Cəmiyyət Materials 27 Yanvar 2017 16:54 (UTC +04:00)
Ötən il Azərbaycanda 2755 cinayət törətmiş 1032 mütəşəkkil qrup zərərsizləşdirilib.
Ötən il Azərbaycanda 1032 mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib

Bakı. Trend:

Ötən il Azərbaycanda 2755 cinayət törətmiş 1032 mütəşəkkil qrup zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu qurumun geniş Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən daxili işlər naziri Ramil Usubov deyib.

Nazir bildirib ki, mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 2755 cinayət törətmiş 1032 qrup zərərsizləşdirilib.

Qeyd olunub ki, ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 34.126 cinayət işinin istintaqı aparılıb ki, onların 80 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. Araşdırılmış cinayət işlərinin 42,8 faizinin istintaqı tamamlanaraq ittiham aktı ilə məhkəmələrə göndərilib. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi isə 6,2 faiz yaxşılaşaraq 70,4 faiz təşkil edib.

Hesabat ilində respublikanın ərazi polis orqanlarına daxil olmuş 165 min 939 cinayət xarakterli məlumatın 91 faizi təhqiqatçılar tərəfindən araşdırılıb ki, bu da 2015-ci illə müqayisədə 29 faiz çox olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti